Foqts: Başqalarına hə, “Bakı” və “Qarabağ”a yox!
18.08.2009 - 11:54
Foqts: Başqalarına hə, “Bakı” və “Qarabağ”a yox!
Futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Finlandiya, bundan 4 gün sonra isə Almaniya ilə matçların hazırlığına 19 futbolçu ilə başlayacaq. Təlim-məşq toplanışı 24-27 avqust aralığında Bakıda keçiriləcək.

Baş məşqçi Berti Foqts budəfəki hazırlıq prosesinə Avroliqada yarışan “Bakı” və “Qarabağ”ın oyunçularını çağırmayıb. Əvəzində, milli komandaya gənc futbolçular dəvət alıb. Ötən təlim-məşq toplanışından fərqli, Vladimir Levin, Usim Nduka, Aqil Nəbiyev, Şəhriyar Rəhimov, Tural Nərimanov, Cavid İmamverdiyev və Tural Cəlilov yığmanın düşərgəsində olacaq.

Qapıçılar: Səlahət Ağayev (“İnter”), Elçin Sadıqov (“Neftçi”).

Müdafiəçilər: Samir Abbasov, Mahir Şükürov, Vladimir Levin (hamısı “İnter”), Tural Nərimanov, Rail Məlikov (hər ikisi “Neftçi”), Usim Nduka, Aqil Nəbiyev (hər ikisi “Olimpik-Şüvəlan”), Ernani Pereyra (“Karvan”).

Yarımmüdafiəçilər: Cavid Hüseynov, Aleksandr Çertoqanov, Şəhriyar Rəhimov (hamısı “İnter”), Araz Abdullayev, Cavid İmamverdiyev (hər ikisi “Neftçi”), Zeynal Zeynalov (“Standard”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”), Tural Cəlilov (“Simurq”).

Hücumçu: Daniel Axtyamov (“Minsk”, Belarus).
0