Jaba sonuncu “sərnişin” oldu
18.08.2009 - 12:41
Jaba sonuncu “sərnişin” oldu
Avropa Liqasının dördüncü təsnifat mərhələsinə hazırlaşan “Bakı” klubunun sifariş ərizəsində sonuncu yerin sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ötən həftə “Ankaragücü”dən transfer olunan braziliyalı Silvinyo Joao de Karvalyo İsveçrə “Bazel”i ilə görüşlərdə yeni komandasına kömək etmək imkanı qazanıb.

Jaba kimi tanınan hücumçusu “Bakı”nın Avroliqa üçün iştirak ərizəsinə daxil edilib. Sifariş ərizəsində yeganə yerə komandamızın daha bir yeni transferi rumıniyalı Daniel Oprita da iddia edirdi. “Zolaqlılar”ın məşqçi korpusu Jabanın nisbətən yaxşı formada olduğunu nəzərə alaraq, qarşıdakı matça məhz onu sifariş ediblər.

Qeyd edək ki, “Bakı” “Bazel”lə avqustun 20-də Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.

Mənbə: extratime.az
0