Yığmamız yenə Suraxanıda
18.08.2009 - 13:25
Yığmamız yenə Suraxanıda
Avqustun 24-dən 27-dək Bakıda təlim-məşq toplanışı keçəcək Azərbaycan milli komandasının hazırlıq planı açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Berti Foqts yetirmələrini Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda hazırlaşdıracaq.

Yığmamız toplanışın ilk günündə, avqustun 24-də 17:45-də başlanacaq yeganə məşqlə kifayətlənəcək. Növbəti 3 gündə isə komandamız saat 10:30-da və 17:45-də meydana çıxacaq. Almaniyalı mütəxəssis 7 məşqdən ibarət toplanışa 19 futbolçu çağırıb.
0