“Qarabağ” Hollandiyaya itkilərlə yollandı
18.08.2009 - 13:46
“Qarabağ” Hollandiyaya itkilərlə yollandı
Ağdamın “Qarabağ” klubu Avropa Liqasının dördüncü təsnifat mərhələsində iştirak etmək üçün bu gün Hollandiyanın Enshede şəhərinə yollanıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Tvente” ilə görüşə tam heyətlə gedə bilməyib.

Belə ki, ağdamlıların 4 futbolçusu - Rəşad Sadıqov, Emin İmaməliyev, Aftandil Hacıyev və Elnur Allahverdiyev qarşıdakı matçı buraxmaq məcburiyyətində qalıblar. İlk 3 oyunçu zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Allahverdiyev isə əvvəlki qarşılaşmalarda iki sarı vərəqə aldığından, diskvalifikasiya edilib.

Qeyd edək ki, “Qarabağ”ın “Tvente” ilə görüşü avqustun 20-də Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
0