Rəşad Sadıqov “Qarabağ”a lazım olmadı
18.08.2009 - 16:17
Rəşad Sadıqov “Qarabağ”a lazım olmadı
Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqası və kuboku üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına (PFL) təqdim edib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Qurban Qurbanov mövsümün ilk yarısını 21 futbolçu ilə keçirmək niyyətindədir.

Cəmi bir legioner sifariş edən ağdamlıların siyahısında 3 qapıçı, 6 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu yer alıb. “Qarabağ”ın yeganə əcnəbisi Albaniya təmsilçisi Admir Telidir. Sifariş ərizəsində rusiyalı Osman Umarovun da adı var. Lakin o, “milliləşdiyindən” yerli futbolçu sayılır.

“Qarabağ” rəhbərliyi Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovu nədənsə, sifariş etməyib. Halbuki, 27 yaşlı müdafiəçi ilə ötən həftə bir illik müqavilə imzalanıb. Lakin ağdamlılar qeyri-müəyyən səbəbdən onun adını sifariş ərizəsinə daxil etməyiblər. Bunun üçün onların avqustun 31-dək vaxtları var.

Qapıçılar: 1. Fərhad Vəliyev (01.11.1980), 12. Sahil Kərimov (22.01.1979), 99. Osman Umarov 10.02.1990).

Müdafiəçilər: Elnur Allahverdiyev (02.11.1983), 3. Aftandil Hacıyev (13.08.1981), 4. Zaur Həşimov (24.10.1981), 5. Maksim Medvedev (29.09.1989), 13. Qara Qarayev (12.10.1992), 24. Admir Teli (02.06.1981).

Yarımmüdafiəçilər: 6. Rəşad Sadiqov (08.10.1983), 7. Namiq Yusifov (14.08.1986), 8. Aslan Kərimov (01.01.1973), 9. Elvin Məmmədov (18.07.1988), 10. Emin İmaməliyev (07.08.1980), 15. Ayxan Abbasov (25.08.1981), 18. Natiq Kərimi (30.05.1988), 19. Emin Mustafayev (02.01.1990), 22. Əfran İsmayılov (08.10.1988).

Hücumçular: 11. Rauf Əliyev (12.02.1989), 17. Vüqar Nadirov (15.06.1987), 20. Vaqif Cavadov (25.05.1989).
0