300 min işçi ispan və ingilis dili öyrənəcək
18.08.2009 - 17:27
300 min işçi ispan və ingilis dili öyrənəcək
2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının Təşkilat Komitəsi 300 min braziliyalının xarici dil öyrənməsi üçün külli miqdarda pul xərcləyəcək. Apasport.az saytının məlumatına görə, ingilis və ispan dili kurslarına Braziliyada təşkil olunacaq növbəti mundial zamanı bütün xidmət növlərində çalışanlar gedəcəklər. Təşkilat Komitəsi bu məqsədlə 8 milyon dollar vəsait ayırıb.

Layihə bar, otel, restoran və digər obyektlərin ümumilikdə 300 min əməkdaşının ingilis və ispan dillərinə yiyələnməsinə xidmət edir. Bütün bunlar dünya çempionatına gələn qonaqlara xidmətin yüksək səviyyədə təşkili üçün nəzərdə tutulub. Braziliyanın Turizm Nazirliyinin rəhbərliyi bu proqramın 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürəcək Rio-de-Janeyro üçün də yararlı olacağın düşünür.
0