Mövsümün futbolçusu kim seçiləcək?
18.08.2009 - 17:44
Mövsümün futbolçusu kim seçiləcək?
UEFA 2008/09 mövsümünün ən yaxşı futbolçusu olmağa namizədlərin adlarını elan edib. Apasport.az saytının məlumatına görə, namizədlər hər mövqedə 3 oyunçu olmaqla, 12 futbolçudan ibarətdir.

Qalibi ötən mövsüm Çempionlar Liqasının 1/8 finalında mübarizə aparmış 16 klubun baş məşqçisi müəyyənləşdirəcək. Çalışdırıcılar öncə hər nominasiyada ən yaxşı oyunçunu seçməlidirlər. Daha sonra onlar 2008/09 mövsümündə Avropa miqyaslı klub yarışlarında hamıdan yaxşı təsir bağışlamış futbolçuya səs verəcəklər. Mükafatlandırma mərasimi həmişə olduğu kimi, Monakoda keçiriləcək.

Namizədlər:
Qapıçılar:
Petr Çex (“Çelsi”), Viktor Valdes (“Barselona”), Edvin van der Sar (“Mançester Yunayted”).

Müdafiəçilər: Cerard Pike (“Barselona”), Con Terri (“Çelsi”), Nemanya Vidiç (“Mançester Yunayted”).

Yarımmüdafiəçilər: Stiven Cerrard (“Liverpul”), Xavi Hernandes, Andres İnyesta (hər ikisi “Barselona”).

Hücumçular: Samuel Eto’O, Lionel Messi (hər ikisi “Barcelona”), Kriştianu Ronaldo (“Mançester Yunayted”).
0