“Tvente” - “Qarabağ” oyunu canlı yayımda
18.08.2009 - 18:00
“Tvente” - “Qarabağ” oyunu canlı yayımda
Avropa Liqasının dördüncü təsnifat mərhələsində Hollandiyanın “Tvente” klubu ilə qarşılaşacaq Ağdam “Qarabağ”ının oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, avqustun 20-də baş tutacaq görüş “zanbaqlar ölkəsi”nin “Erediviziya LIVE 2” kanalı ilə göstəriləcək.

Bu telekanal Hollandiya çempionatının güclülər dəstəsinin - Erediviziyanın matçlarının yayım hüququna malikdir və peyk vasitəsilə yayımlanır. 23,5 dərəcə bucaq altında yerləşən “Astra G1” peyki ilə yayılan “Erediviziya LIVE 2” ödənişli kanaldır.

Qeyd edək ki, “Tvente” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
0