Ağdam klubu üçün rumıniyalı biznesmen fit çalacaq
18.08.2009 - 18:35
Ağdam klubu üçün rumıniyalı biznesmen fit çalacaq
UEFA Avropa Liqasının dördüncü təsnifat mərhələsində “Qarabağ” - “Tvente” oyununa təyinatları açıqlayıb. Apasport.az saytının məlumatına görə, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı rumıniyalı hakimlər idarə edəcəklər. Görüşün baş hakimi 37 yaşlı Aleksandr Dyakonu olacaq. Yan xətt hakimləri Georgi Adrian Vidan və Eugen Georgedir. Dördüncü hakim funksiyası Sebastyan Kolteskuya tapşırılıb. Bundan başqa, çexiyalı Jiri Ulrix hakim-inspektor, macar Marton Esterhazi UEFA nümayəndəsi qismində paytaxtımıza təşrif buyuracaq.

Qeyd edək ki, 37 yaşlı Dyakonu ikinci dəfə Bakıya gəlir. İxtisasca biznesmen olan rumıniyalı 2005-ci il iyulun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda fit çalmışdı. Həmin qarşılaşmada “Xəzər-Lənkəran” Moldovanın “Nistru” klubuna 1:2 hesabı ilə uduzmuşdu. Dyakonu UEFA-nın hakimlər üçün ikinci kateqoriyasına daxildir.
0