Favoritləri saxlayan tapılmadı
19.08.2009 - 09:34
Favoritləri saxlayan tapılmadı
Çempionlar Liqasının dördüncü təsnifat mərhələsini start götürüb. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsinə çıxmaq iddiasında olanların iştirakı ilə ilk 5 qarşılaşma keçirilib. Bu oyunlarda qonaqlar üstünlüyə yiyələniblər və favoritlər asanlıqla qələbə qazanıblar.

Rəqib meydanında çıxış edən komandaların üçü - “Arsenal”, “Ştutqart” və “Olimpiakos” iki top fərqi ilə qalib gələrək, praktiki olaraq, növbəti mərhələ yüksəliblər. Portuqaliya səfərində məğlubiyyətdən yaxa qurtaran “Fiorentina” heç-heçə ilə kifayətlənib. Öz meydanında qələbə qazanan yeganə komanda isə “Kopenhagen” olub. Çempionlar Liqasının dördüncü təsnifat mərhələsinin digər 5 oyunu bu gün keçiriləcək.

Çempionlar Liqası, dördüncü təsnifat mərhələsi, ilk oyunlar
18 avqust


“Seltik” (Şotlandiya) – “Arsenal” (İngiltərə) - 0:2

Qallas, 43, Kolduell, 70-öz qapısına

“Politexnika” (Timişoara, Rumıniya) – “Ştutqart” (Almaniya) - 0:2
Gebxart, 28-pen., Qleb, 30

“Sportinq” (Portuqaliya) – “Fiorentina” (İtaliya) - 2:2
Vukçeviç, 58, Velozu, 66 - Varqas, 7, Cilardino, 78

“Şerif” (Moldova) – “Olimpiakos” (Yunanıstan) - 0:2
Dudu, 47, Mitroğlu, 81

“Kopenhagen” (Danimarka) - APOEL (Kipr) - 1:0
Pospex, 54
0