AFFA uşaqları sevindirdi - FOTO
19.08.2009 - 10:24
AFFA uşaqları sevindirdi - FOTO
AFFA uşaq və yeniyetmələrin futbola marağının artırılması məqsədilə növbəti tədbiri həyata keçirib. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumata görə, qurumun əməkdaşları bu dəfə istirahət düşərgəsinə baş çəkiblər.

“Futbol oynayaq, sağlamlığı qoruyaq” devizi altında keçirilən tədbir Daxili İşlər Nazirliyinin Çingiz Mustafayev adına uşaqların istirahət düşərgəsində gerçəkləşib. AFFA-nın əməkdaşları burada yay tətilində olan uşaqlarla görüşüb, onlara toplar hədiyyə ediblər.
0