Azərbaycan və Rusiya milli komandaları arasında keçiriləcək görüşün vaxtı dəqiqləşdi
19.08.2009 - 10:55
Azərbaycan və Rusiya milli komandaları arasında keçiriləcək görüşün vaxtı dəqiqləşdi
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiya yığmalarının qarşılaşmasının vaxtı dəqiqləşib. AFFA-nın İnformasiya və ictimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumat görə, oyun oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:00-da start götürəcək. Bu, dünya çempionatının seçmə mərhələsində milli komandamızın son oyunu olacaq.

Qeyd edək ki, yığmamız bu il martın 28-də Moskvanın “Lujniki” stadionunda keçirilmiş matçda Rusiyaya 0:2 hesabı ilə uduzub.
0