Futbol klubunu 100 milyon avroya aldı
19.08.2009 - 11:50
Futbol klubunu 100 milyon avroya aldı
Amerikalı biznesmen Tim Bartonun Avropada futbol klubu almaq arzusu gerçəkləşib. Apasport.az saytının məlumatına görə, o, İtaliyanın “Bari” klubunun sahibi Mattarezelər ailəsi ilə alqı-satqı barədə ilkin müqavilə imzalayıb.

Anlaşmaya əsasən, Vinmentso Mattareze oktyabrın 31-dək prezident postunda qalacaq. Texaslı sahibkar isə noyabrdan “Bari”yə rəhbərlik edəcək. Klubun bütün səhmlərini almaq üçün Barton 100 milyon avro xərcləyib.
0