Yenə Vüsal Əliyev, yenə Anar Salmanov...
19.08.2009 - 13:04
Yenə Vüsal Əliyev, yenə Anar Salmanov...
Azərbaycan Premyer Liqasının II turunun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Vüsal Əliyev və Anar Salmanov ilk turda olduğu kimi, yenə iş başında olacaqlar. Elə turun Lənkəranda keçiriləcək mərkəzi oyunu da FİFA hakiminə tapşırılıb. Əliyev “Xəzər-Lənkəran”la “İnter”i meydana çıxaracaq. Həmçinin, Elçin Məmmədov və Azad Mütəllimov da bu həftəsonuna təyinat alıb.

21 avqust (cümə)

"Xəzər-Lənkəran" - "İnter"
Hakimlər:
Vüsal Əliyev, Vaqif Musayev, Mehman Mahmudov, Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Gülağa Cabbarov

22 avqust (şənbə)

"Neftçi" - "Turan"
Hakimlər:
Anar Salmanov, Azər Əsgərov, İsgəndər Əliyev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov

"Simurq" - "Muğan"
Hakimlər:
Elçin Məmmədov, Azad Q. Hüseynov, Aydın Ələkbərov, Elnur Muradov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Məhəmməd Məmmədov

23 avqust (bazar)

"Karvan" - "Olimpik-Şüvəlan"
Hakimlər:
Azad Mütəllimov, Munis Abdullayev, Eldar Nağıbəyov, Zöhrab Əliyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əmir Zamanov
0