Kamal Alispahiç “Muğan”ın büdcəsini açıqladı
19.08.2009 - 13:23
Kamal Alispahiç “Muğan”ın büdcəsini açıqladı
“Bizim büdcəmiz Azərbaycan Premyer liqasının 2-3 ən zəngin klubunun xərclədiyi paraların cəmi 10 faizinə bərabərdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Salyanın “Muğan” klubunun baş məşqçisi Kamal Alispahiç deyib.

Azərbaycan Premyer Liqasında çalışan ilk və yeganə bosniyalı mütəxəssis vurğulayıb ki, maliyyə baxımından bəzi komandalardan geri qalmalarına baxmayaraq, onlara qarşı mübarizə apara biləcəklər: “Həmin klubların gerçəkləşdirdiyi transferləri biz edə bilmirik. Lakin imkanlar daxilində komandamıza yaxşı futbolçuları toplamışıq. Cari mövsüm böyük nailiyyət qazanmağımız çətindir. Hələlik yeni komanda qururuq. Bununla belə, çempionatda bərabər mübarizə aparmağa hazırıq. İndi bir hücumçuya ehtiyacımız var. Yəqin ki, yaxın günlərdə namizədlərin kimliyi məlum olacaq. Böyük ehtimalla, bu futbolçu Bosniya və Herseqovinadan olacaq”.

Qeyd edək ki, Əlispahiç çalışdırdığı “Muğan” birinci turda “Standard” üzərində minimal hesablı qələbə qazanıb.

Mənbə: extratime.az
0