“Ronaldinyo bizim Useyn Boltumuzdur”
19.08.2009 - 14:03
“Ronaldinyo bizim Useyn Boltumuzdur”
“Futbolçulara verilən pullar reallığa, hazırkı iqtisadi vəziyyətə uyğun gəlmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Milan” klubunun sahibi Silvio Berluskoni deyib.

İtaliyanın baş naziri futbolçulara xərclənən pullar üçün sərhəd qoyulmasının vacibliyini bildirib: “Onlara ağlasığmaz pullar verirlər. Fikrimcə, buna limit qoymağın zamanı çatıb. Mən bu barədə artıq UEFA prezidenti Mişel Platini ilə danışmışam”.

“Milan”ın sahibi, həmçinin Ronaldinyonun satılması barədə yayılan məlumatlara da münasibətini bildirib: “Bunu mətbuat yayıb. Ronaldinyo bizim Useyn Boltumuzdur. O, sağlamdır və meydana qayıtmağa hazırdır. Məncə, şənbə günü “Siena”ya qarşı forma geyinə biləcək”.
0