Albaniyaya qarşı sentyabrın 5-də, saat 18:30-da
19.08.2009 - 15:39
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki ilk oyununun vaxtı dəqiqləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, sentyabrın 5-də Albaniya ilə keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 18:30-da çalınacaq. Qarşılaşma Durres şəhərindəki “Niko Dovana” stadionunda keçiriləcək. Albaniyanın “Teuta” klubunun ev matçlarını keçirdiyi bu stadion 12 min tamaşaçı tutumuna malikdir.
- “Milan”da Qlasner səsləri – Görüş 6 saatdan çox çəkdi
- Arbeloa özünü "Bayer"ə təklif etdi: TƏYİNATA QARŞIDIRLAR
- Haaland formasına görə qalmaqal – “Siti” Rikelmeni məhkəməyə verə bilər
- "Liverpul" təyinatı açıqlamağa hazırlaşır: İRAOLA İLƏ MÜQAVİLƏ İMZALANACAQ
- “Qalatasaray” qiyməti açıqladı – Davinson üçün 20 milyon avro
0
0