“Levski”dən Azərbaycana növbəti zərbə
20.08.2009 - 12:35
“Levski”dən Azərbaycana növbəti zərbə
Çempionlar Liqasının dördüncü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yenilənən klub reytinqində Azərbaycan 1 pillə geriləyib. Apasport.az saytının məlumatına görə, “Bakı” və “Qarabağ”ın cari mövsümdəki uğurlu çıxışlarından sonra 38-ci pilləyə yüksələn ölkəmiz 39-cu sıraya enib.

Buna “Bakı”nı Çempionlar Liqasından kənarlaşdıran Bolqarıstan “Levski”si səbəb olub. Öz meydanında Macarıstanın “Debretsen” klubuna uduzan sofiyalılar Azərbaycanın geriləməsinə bais olub. Ölkə çempionunun 2:1 hesablı qələbəsi 40-cı yerdə olan Macarıstanın birdən-birə 3 addım irəliləməsinə, o cümlədən, Azərbaycanı arxada qoymasına kifayət edib.

Bu gün meydana çıxacaq “Bakı” və “Qarabağ”ın uduzmayacağı hər oyun ölkəmizi 1 pillə önə aparacaq. Belə ki, 2 oyundakı 1 heç-heçə 38-ci, 2 heç-heçə və ya 1 qələbə 37-ci yerə qalxmaq üçün kifayət edəcək. Qələbə və heç-heçə 36-cı yerə şərik olmaq, 2 qələbə isə həmin mövqeyə sahib olmaq üçün yetərli olacaq.

...35. Moldova 6,290 (1 komandası qalıb)
36. Gürcüstan 5,748
37. Macarıstan 5,500 (1 komandası qalıb)
38. İslandiya 5,415
39. Azərbaycan 5,373 (2 komandası qalıb)
40. Makedoniya 5,332
41. Lixtenşteyn 4,500
42. Qazaxıstan 4,499 (1 komandası qalıb)
43. Estoniya 4,249 (1 komandası qalıb)...
0