Daha 2 futbol klubumuz yoxa çıxdı
20.08.2009 - 14:20
Azərbaycan çempionatının birinci divizionunda 12 komanda iştirak edəcək. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 2009/2010 mövsümündə Premyer Liqaya vəsiqələr uğrunda mübarizə aparacaq komandalar müəyyənləşib.
Üç ay əvvəl Premyer Liqanı tərk edən "Bakılı" (Bakı), MOİK (Bakı), həmçinin ötən mövsüm də birinci divizionda oynamış "ABN” (Bərdə), "Şahdağ" (Qusar), "Anşad-Petrol" (Neftçala), "Energetik" (Mingəçevir), "Ədliyyə" (Bakı), "Göyəzən" (Qazax) klubları da yenidən güclülər sırasına qayıtmağa iddia edir. Ötən il aşağı dəstədə çıxış etmiş “Qafqaz Universiteti” və “Spartak”ı isə bu dəfə yarışlardan kənarda qalıb.
Əvəzində müəyyən fasilədən sonra futbol səhnəsinə qayıdan iki klub - "Gəncə" (Gəncə) və "MKT-Araz" (İmişli), həmçinin iki debütant - "Neftçi-İSM" (Bakı) ilə "Rəvan" (Bakı) da birinci divizionda oynayacaq.
Qeyd edək ki, 12 komandanın iştirak edəcəyi çempionatın püşkatma mərasimi cümə günü, avqustun 21-də saat 15:00-da olacaq.

- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
0
0