“Qarabağ”ı Duqlas,“Bakı”nı Streller sındırdı - YENİLƏNİB
20.08.2009 - 23:55
“Qarabağ”ı Duqlas,“Bakı”nı  Streller sındırdı - YENİLƏNİB
Bu gün Azərbaycanın iki futbol klubu - “Bakı” və “Qarabağ” Avropa Liqasının dördüncü təsnifat mərhələsində məsul oyuna çıxacaq. Paytaxt klubu bu nüfuzlu turnirin qrup mərhələsinə vəsiqə uğrunda İsveçrə “Bazel”ini sınağa çəkəcək. “Qarabağ” isə Hollandiyanın Enshede şəhərində yerli “Tvente”nin qonağı olacaq.

Apasport.az saytı hər iki matçın nəticəsini onlayn təqdim edəcək. Öncə saat 20:00-da başlanacaq “Bakı” - “Bazel” qarşılaşmasının nəticəsi təqdim olunacaq. Bu matçda vurulacaq qolların müəllifləri, baş verəcək maraqlı hadisələr, oyunsonrası baş məşqçilərin fikirləri ilə saytımız vasitəsilə tanış ola bilərsiniz. Ardından bütün diqqətlər Enshede şəhərinə, “Tvente” - “Qarabağ” oyununa yönələcək. Bu görüşlə də bağlı lazımi məlumatları məhz bizim saytdan öyrənmək mümkün olacaq.

Avropa Liqasının pley-off mərhələsi, ilk oyunlar

23:00 “Tvente” (Hollandiya) – “Qarabağ” (Azərbaycan) - 3:1
QOLLAR: Qonsales, 38; 67; Duqlas, 81 - Vüqar Nadirov, 7
Baş hakim: Andre Marriner
Baş hakimin köməkçiləri: Darren Kann, Endryu Neubold
Dördüncü hakim: Kevin Frend
(Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Jan Lemmer (Lüksemburq)
UEFA nümayəndəsi: Qudmundur Petursson (İslandiya)
“Qarabağ”: Fərhad Vəliyev, Zaur Həşimov, Maksim Medvedev, Admir Teli, Ayxan Abbasov, Əfran İsmayılov, Aslan Kərimov, Rəşad Sadiqov, Elvin Məmmədov, Vaqif Cavadov, Vüqar Nadirov.

7. Vuqar Nadirov topu rəqibdən oğurlayıb tora göndərir.
25. Hollandiya çempionunun hücumları hələlik heç bir effekt vermir.
38. Meydan sahibləri tarazlığı bərpa edirlər. 38-ci dəqiqədə Qonsales fərqlənir – 1:1
Hollandlar daha iki qol vurur. Öncə Qonsales dublunu rəsmiləşdirir, ardından Duqlas fərqlənməklə, sensasiyaya imkan vermirlər.

OYUN BAŞA ÇATIB

*******

20:00 “Bakı” (Azərbaycan) - “Bazel” (İsveçrə) - 1:3
QOLLAR: Fernando Peres, 51 - Marko Streller, 70; 74; Bencamin Hüggel, 77
“Bakı”: 23.Xalidu Sissoko, 32.Aleksey Savinov, 5.Stevan Bates, 33.Saşa Yunusoğlu, 4.Vadim Borets, 8.Ernad Skuliç, 10.Amiran Muciri, 12.Fernando Peres, 77.Aleksandr Soliç, 27.Bəxtiyar Soltanov, 85.Jaba
“Bazel”: 1.Franko Kostanzo, 4.Çağdaş Atan, 8.Bencamin Hüggel, 9.Marko Streller, 11.Skott Çepperfild, 13. Aleksandr Fray, 20.Behranq Safari, 22.Samuel İnkoom, 24.Cabral, 25. Da Silva Antonio, 33.Serkan Şahin
Baş hakim: Jolt Sabo
Baş hakimin köməkçiləri: Robert Kispal, Jolt Varqa
Dördüncü hakim: Yojef Berger
(Hakimlər briqadası Macarıstandandır)
Hakim-inspektor: Frants Vörer (Avstriya)
UEFA nümayəndəsi: Dimitru Mihalake (Rumıniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Komandalar artıq meydana çıxıb. “Bakı” göy, qonaqlar sarı geyimdədir.Bu, komandamızın avrokuboklarda 13-ü oyunudur.
1. Oyuna komandamız başladı.
3. Hakimin qərarına etiraz etdiyi üçün Skuliç sarı vərəqə alır.
6. Komandamızın sağ cinahdan hücuma atılsa da, müdafiəçilər topu uzaqlaşdırır.
Arxada qalan 8 dəqiqə ərzində “Bakı” istədiyi oyunu göstərə bilmir.
11. Oyunda ilk künc zərbəsini qonaqlar yerinə yetirir.
13. Peres uzaqdan qapıya qüvvətli zərbə endirir. Top qapıdan xeyli aralı keçir.
14.Artıq neçənci dəfədir futbolçularımız adi vəziyyətdə topu itirirlər. Komandamız istədiyi hücumu qura bilmir.
17. Rəqib təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirir. İlk zərbə canlı səddə dəyir, ikinci zərbə isə qapının üstündən keçir.
20. “Bazeli”in sol cinahdan daha bir hücumu. Qapı qarşısına edilən ötürmə qapı xəttindən çıxır. Qonaqlar künc zərbəsi yerinə yetirir.
24. Oyun demək olar ki, qonaqların üstünlüyü şəraitində keçir.
28. “Bakı” rəqibin cərimə meydançası önündə təhlükəli vəziyyət yaradır. Qapı qarşısına ötürülən topa futbolçularımız toxuna bilmir.
30. Komandamız gözəl hücumu qolla tamamlaya bilərdi. Jaba Sultanovun ötürməsinə həlledici zərbə vurmağa gecikir.
32. Qonaqlar sol cinahdan hücum qurmağa çalışır. Amma topu ələ keçirən komandamız növbəti dəfə təhlükəli vəziyyət yaradır. Topla cərimə meydanına daxil olan Jaba qapıya zərbə vurmaq əvəzinə yerə yıxılır.
39. Komandamız ilk künc zərbəsini yerinə yetirir. Jabanın zərbəsi təhlükəli olsa da, dəqiq deyil.
42. Qol vurmağa yaxın olduq. Skuliçin baş zərbəsi qapıdan azacıq aralı keçdi.
45. Jabaya qarşı kobud oynadığı üçün Sərkan Şahin sarı vərəqə ilə cəzalandırılır.

İLK YARI BAŞA ÇATDI

İKİNCİ HİSSƏ BAŞLADI

46. Bu dəfə oyuna qonaqlar başlayır.
QOOLLLL50. Mucirinin ötürməsindən sonra Peres hesabı açır. 1:0 öndəyik!
53. “Bazel” iki oyunçunu birdən əvəz edir.
55. Daha bir təhlükəli vəziyyət yarada bilərdik. Amma Muciri böş mövqedə dayanan komanda yoldaşına ötürmə verməyə gecikir.
60. İsveçrəlilər hesabı açmağa yaxın olurlar. Son anda müdafiəçilərimiz topu qapı önündən uzaqlaşdırırlar.
64. Jaba meydandan çıxır. Onu Mahmud Qurbanov əvəz edir.
66. “Bazel”dən növbəti təhlükəli vəziyyət. Borets topu uzaqlaşdırır.
70. İsveçrəlilər hesabı bərabərləşdirir 1:1.
73. Soliçi Georgi Adamiya əvəzləyir.
74 İsveçrəlilərin ikinci qolu. Yenə Streller fərqlənir.
77. Qonaqlar üçüncü topu vurur. Cərimə zərbəsindən sonra top qapımızdan keçir.
80. Komandamızın hücumları heç bir fayda vermir.
86. Fray qol vurmaq şansını boşa verir. Sissoko onun uaxın məsafədən zərbəsini zərərsizləşdirir.
87. Müdafiəni unudan “Bakı” daha bir qol buraxa bilərdi. Amma Sissoko yenə yaxşı oynadı.
89. Sissoko yenə əla oyun sərgiləyir. O, rəqib futbolçunun yaxın məsafədən fərqlənməsinə imkan vermir.

OYUN BAŞA ÇATDI

0