“Simurq”un müdafiəçisi dünya çempionlarına qarşı
20.08.2009 - 17:03
“Simurq”un müdafiəçisi dünya çempionlarına qarşı
Zaqatalanın "Simurq" klubunun futbolçusu Teymuraz Qonqadze Gürcüstan milli komandasına dəvət olunub. Apasport.az saytının məlumatına görə, 24 yaşlı müdafiəçi dünya çempionlarına qarşı oynaya bilər. Belə ki, Gürcüstan yığmasının argentinalı çalışdırıcısı Ektor Kuper Qonqadzeni qarşıdakı iki matç zamanı sərəncamında görmək istəyir. Gürcülər sentyabrın 5-də Tbilisidə dünya çempionatının seçmə mərhələsi çərçivəsində İtaliya, 4 gün sonra isə Reykyavikdə İslandiya ilə yoldaşlıq görüşü keçiriləcək.

Qeyd edək ki, Teymuraz yığmada ilk oyununu 8 gün əvvəl keçirib. O, Gürcüstanın Malta ilə səfər qarşılaşmasında 9 dəqiqə meydanda olub.
0