Yığmamızın Superkubokdakı oyunlarının vaxtı dəqiqləşdi
20.08.2009 - 17:29
Azərbaycanın çimərlik futbolu yığması Avropa çempionatının Superkubok oyunlarında mübarizəyə başlayır. Apasport.az saytının məlumatına görə, milli komandamız Portuqaliyanın Vilyareal de Santo Antonio şəhərində təşkil olunan yarışda ilk matçına sabah çıxacaq. Emil Cabbarovun rəhbərlik etdiyi kollektiv birinci turda Yunanıstanla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Futbolçularımızı ertəsi günü, avqustun 22-də növbəti görüş gözləyir. Yığmamız həmin gün saat 18:30-da Norveçlə qüvvəsini sınayacaq. Superkubok oyunları hərəsində 3 kollektiv olmaqla, 2 qrupda keçirilir. Reqlamentə əsasən, qruplarda ilk yeri tutanlar Avropa çempionatının Superfinalına vəsiqə qazanmaq üçün üz-üzə gələcəklər. Qrupda ikinci pillədə qərarlaşanlar 3-cü, üçüncü sırada qalanlar isə 5-ci yer uğrunda oynayacaqlar. Bu isə o deməkdir ki, milli komandamız Portuqaliyada ümumilikdə, 3 matç keçirəcək. Yunanıstan və Norveçin ardından futbolçularımız daha bir matçda bacarığını nümayiş etdirəcək.

- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
0
0