“Simurq”da ciddi itki
20.08.2009 - 17:38
“Simurq”da ciddi itki
“Simurq” klubu Azərbaycan Premyer Liqasında II turun matçına ciddi itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, avqustun 23-də "Muğan"ı qəbul edəcək Zaqatala klubunun məşqçi korpusu əsas heyətin iki üzvünün xidmətindən məhrum olub. Bunlar David Bolkvadze və Sergey Artyuxdur.

Hər iki legioner oyun öncəsi məşqlərin birində zədələnib. “Muğan”la matçda Tural Cəlilovun da meydançaya çıxacağı sual altındadır.

Qeyd edək ki, hələ də yığmanın düşərgəsində aldığı zədəni sağaltmaqla məşğul olan qapıçı Rauf Mehdiyevin "Muğan"a qarşı oynamayacağı əvvəlcədən məlum idi.
0