Azərbaycan - Finlandiya matçını maksimum 12 min azarkeş izləyə biləcək
20.08.2009 - 17:54
Dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Lənkəran şəhər stadionunda Azərbaycan və Finlandiya milli komandaları arasında keçiriləcək oyunun biletləri sabah satışa çıxarılacaq. Bu barədə apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, azarkeşlər biletləri stadionun kassalarından, AFFA-nın inzibati binasından və paytaxtdakı xüsusi satış məntəqələrindən ala bilərlər: “Biletlərin qiyməti 2-4 manatadır. Öncədən elan olunduğu kimi, biletlərin 70 faizi Lənkəranda, 30 faizi isə Bakıda satışa çıxarılacaq”.
Məmmədov satışda ümumilikdə, 12 min bilet olacağını vurğulayıb: “Satışda 12 min bilet olacaq. Lənkəran şəhər stadionunun 15 min tamaşaçı tutumuna malik olduğunu qeyd edirlər. Lakin stadion 12 minlikdir. Yalnız pilləkənlərdə futbol izləməyə icazə verdikdə, stadionda 15 min tamaşaçı ola bilər”.
Xatırladaq ki, Azərbaycan - Finlandiya görüşü sentyabrın 5-də keçiriləcək.

- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
0
0