Torsten Fink: Biz 5:1 hesabı ilə qələbə qazanmalı idik, amma...
20.08.2009 - 21:47
Torsten Fink: Biz 5:1 hesabı ilə qələbə qazanmalı idik, amma...
“Oyunun asan keçməyəcəyini bilirdik”. Apasport.az saytının məlumatına görə, bunu “Bazel” klubunun baş məşqçisi Torsten Fink avroliaqnın dördüncü təsnifat mərhələsinin “Bakı” ilə ilk oyunundan sonra deyib.

Fink görüşdən sonra təşkil olunan mətbuat konfransında bildirib ki, ilk dəqiqələrdə komandası istədiyi oyunu sərgiləyə bilməyib: “Etiraf edim ki, rəqib ilk 60 dəqiqəni yaxşı oynadı. Amma bu vaxtadək bizim fərqlənmək şanslarımız oldu. Ancaq bundan yararlana bilmədik. Buraxılan qoldan sonra həvəsdən düşmədik və özümüzü toparlayıb vacib qollar vurmaqla qələbə qazandıq”

Fink vurğulayıb ki, nəticədən razı qalsa da, komandasının oyunundan razı qalmayıb: “Biz 5:1 hesablı qələbə qazanmalı idik. Ancaq elə vəziyyətləri boşa verdik ki...”
0