Qyoko Hacıyevski: Meydanda nə baş verdiyini anlaya bilmirəm
20.08.2009 - 21:55
Qyoko Hacıyevski: Meydanda nə baş verdiyini anlaya bilmirəm
“Məğlubiyyətə görə, çox məyusam. Belə nəticə gözləmirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Avroliqanın dördüncü təsnifat mərhələsinin ilk oyununda “Bazel”ə 1:3 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında makedoniyalı çalışdırıcı bildirib ki, komandası ilk 60 dəqiqəni yaxşı oynadı: “Amma sonra meydanda nə baş verdiyini anlaya bilmirəm. Sanki meydana başqa bir komanda çıxmışdı. Buraxılan ilk qoldan sonra “sındıq”. Hesabı açdıqdan sonra müdafiəni gücləndirməli idik. Tezliklə ikinci qolu vura bilərdik. Ancaq fərqlənən rəqib oldu. Hər şey 5 dəqiqə ərzində baş verdi. Elə vəziyyətlərdə top itirirdik ki...”

Komandaya yni transfer edilən braziliyalı Jabanın dəyişdirilməsinə gəlincə, Hacıyevki bildirib ki, futbolçu özü fasilədə dəyişdirilməsini xahiş edib.
0