Maklaren: “Qarabağ” komandasının oyununa hələ də təəccüblənirəm
21.08.2009 - 09:37
Maklaren: “Qarabağ” komandasının oyununa hələ də təəccüblənirəm
“Biz “Qarabağ”ın yaxşı komanda olduğunu əvvəlcədən bilirdik. Amma onların göstərdiyi oyuna hələ də təəccüblənirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Tvente”nin baş məşqçisi Stiv Maklaren deyib.

Avropa Liqasının dördüncü təsnifat mərhələsinin ilk oyununda Ağdamın “Qarabağ” klubunu 3:1 hesabı ilə məğlub edən Hollandiya klubunun ingilis çalışdırıcısı cavab görüşündə işlərinin daha asan olacağını düşünür. Maklaren matçdan sonra keçirilən mətbuat konfransında artıq rəqibi daha yaxşı tanıdıqlarını bildirib: “Bu oyundan sonra rəqibin bizə qaranlıq olan tərəflərini də öyrəndik. Bu, “Qarabağ”la tanışlığın bir hissəsi idi. Elə yaxşı tanımamağın nəticəsi idi ki, ilk 20 dəqiqədə çox bərbad oynadıq. Hətta deyərdim ki, birinci hissənin sonlarınadək heç nəyi düz etmirdik. Bunun da cəzasını çəkdik. Amma bundan da pis ola bilərdi. Yaxşı ki, qapıçımız buna imkan vermədi. Mən indiyədək “Tvente”ni ilk 20 dəqiqədəki kimi zəif görməmişdim. Düşünürəm ki, bundan nəticə çıxara biləcəyik”.

Qeyd edək ki, “Tvente” - “Qarabağ” matçında Ağdam klubu hesabı açsa da, ardından 3 top buraxaraq, məğlubiyyətlə üzləşib.
0