“Ümid edirəm ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacağıq”
21.08.2009 - 09:41
“Komandamız kifayət qədər yaxşı oyun göstərdi. Fasiləyədək fərqi artırmaq şanslarımız olsa da, bu imkanları qaçırdıq”. Apasport.az saytının məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Avroliqanın dördüncü təsnifat mərhələsində Hollandiya “Tvente”si ilə görüşdən sonra deyib.
37 yaşlı çalışdırıcı məğlubiyyətə baxmayaraq, komandasından razı qalıb. Qurbanov bildirib ki, cavab matçında 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq mümkündür: “İkinci hissədə işimiz nisbətən çətin oldu. Matçı uduzduq, bununla belə, arxaya baxanda göstərdiyimiz oyundan məmnunluq duyuram. Bakıya qayıtdıqdan sonra cavab qarşılaşmasına daha səylə hazırlaşacağıq. Bütün imkanları səfərbər edəcəyik ki, həmin görüşdə sərfəli nəticə qazanaq. Ümid edirəm ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni qazana biləcəyik”.

- "Qalatasaray"dan Bremerə təklif – İllik 8 milyon avro
- Olise ilə bağlı qalmaqal – 20 aylıq qızı var imiş
- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
0
0