“Bazel”, “Tvente” və “Xəzər-Lənkəran”
21.08.2009 - 10:00
“Bazel”, “Tvente” və “Xəzər-Lənkəran”
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında II tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk oyununda “Xəzər-Lənkəran”la “İnter” qarşılaşıb. Cari mövsüm Lənkəranda vurulan ilk qolun müəllifi
Səbuhi İsmayılov olub. 3-cü dəqiqədə bakılıları hesabda irəli çıxaran futbolçunun komandası qələbəni qoruya bilməyib. İlk hissəyə əlavə olunmuş 1-ci dəqiqədə Aqşin Həşimov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirib. 73-cü dəqiqədə isə "Xəzər-Lənkəran" qələbə topunu vura bilib. Bəxtiyar Mehrəliyevin vurduğu qol meydan sahiblərinə "İnter" üzərində 2:1 hesablı qələbəsini rəsmiləşdirməklə bərabər, Fazil Əsədovun yetirmələrinə cari mövsümdə ilk 3 xalı qazandırıb.

Maraqlıdır ki, eyni gündə Azərbaycan komandalarının iştirakı ilə baş tutan bütün oyunlarda əzmkar qələbə qeyd alınıb. Avropa Liqasında çıxış edən “Bakı” və “Qarabağ” müvafiq olaraq İsveçrə “Bazel”i və Hollandiya “Tvente”si ilə görüşdə hesabı açaraq uduzmaqla (hər ikisi 1:3) “İnter”in aqibətini yaşadı. “Xəzər-Lənkəran” isə “Bazel”lə “Tvente” üçün əzmkar qələbə qazanmaq nümunəsi olub.
0