“Qarabağ”la oynayan “Tvente” olmayıb
21.08.2009 - 10:05
“Qarabağ”la oynayan “Tvente” olmayıb
“Qarabağ”la matçın ilk hissəsini çox pis oynadıq. Bu da öz günahımız ucbatından idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiyanın “Tvente” klubunun futbolçusu Duqlas deyib.

Avropa Liqasının dördüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunu 3:1 hesabı ilə məğlub edən Enshede təmsilçisinin braziliyalı müdafiəçisi qələbənin necə əldə olunduğunu açıqlayıb: “Avrokubok qarşılaşmasına çıxırdıqsa, gərək əvvəlcədən oyuna lazımınca köklənəydik. Hətta durumumuzun bu cür olmasını da anlaya bilmirdik. Fasilədə bir-birimizə baxıb dedik ki, bu meydandakı “Tvente” deyil. Belə söhbətdən sonra ikinci hissəyə çıxıb qol da vurduq, qələbə də qazandıq. Əldə etdiyimiz 3:1 hesablı nəticə yaxşı göstərici olsa da, bu o demək deyil ki, biz qrupdayıq. Bakıda hər şeyi sıfırdan başlamalı, görüşə yeni oyuna çıxırıq kimi yanaşmalıyıq”.

Qeyd edək ki, Duqlas “Qarabağ”ın qapısına vurulan üçüncü qolun müəllifidir.
0