“Bakı”ya daha bir zərbə
21.08.2009 - 10:40
“Bakı”ya daha bir zərbə
“Bakı” aparıcı futbolçularından birini itirib. Apasport.az saytının hesablamalarına görə, Ernad Skuliç təmsilçimizin İsveçrənin “Bazel” klubu ilə səfər oyununda iştirak edə bilməyəcək. Buna yarımmüdafiəçinin diskvalifikasiya olunması səbəb olub.

Avropa Liqasının dördüncü təsnifat mərhələsinin isveçrəlilərlə ilk matçında “Bakı”nın heyətində sarı vərəqə alan yeganə futbolçu bununla da xəbərdarlıq limitini doldurub. Belə ki, bu xorvatiyalının cari mövsüm avrokuboklarda “qazandığı” ikinci sarı vərəqə olduğundan, o növbəti matçı buraxmalı olacaq. Skuliç ilk xəbərdarlığı üçüncü təsnifat mərhələsinin Bolqarıstan “Levski”si ilə Sofiyada keçirilən cavab matçında almışdı.

Qeyd edək ki, Ernad matçın startında cəzalanmaq üzrə “ixtisaslaşıb”. Bu dəfə 7-ci dəqiqədə cəzalanan dayaq yarımmüdafiəçisi iki həftə əvvəl 3-cü dəqiqədə “sarı”da “ilişmişdi”.
0