MOİK rəhbərliyi anarxiyadan danışdı
21.08.2009 - 13:35
MOİK rəhbərliyi anarxiyadan danışdı
Rusiya Premyer Liqasında mübarizə aparan MOİK hakimlərin fəaliyyətindən narazıdır. Apasport.az saytının məlumatına görə, “hərbçilər”in prezidenti Yevgeni Giner hakimləri birləşdirən qurumda islahatları zəruri sayır. O, məsələ ilə bağlı Rusiya Futbol İttifaqına müraciət etmək niyyətindədir: “Bu gün Futbol Hakimləri Kollegiyasında tam anarxiya hökm sürür. Bu da klubların əksəriyyətini qane etmir. Onlar islahatları gözləyir. Futbola böyük vəsait ayıran adamlar qarşılaşmaların taleyinin hakim tərəfindən həll olunduğunu görüb, niyə xərcə düşdüklərini fikirləşir. Yerli hakimlər əcnəbilərdən nə yaxşı, nə də pisdir. Bunu əvvəlki illər nümayiş etdiriblər. Amma indi... Futbolçular, komanda bacardığını göstərə bilməyəndə, məşqçi istefaya göndərilir. Hakimliklə bağlı da eyni addım atılmalıdır”.
0