Birinci divizionda ilk cütlər bəlli oldu
21.08.2009 - 14:35
Birinci divizionda ilk cütlər bəlli oldu
Azərbaycan çempionatının birinci divizionunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bu gün AFFA-nın binasında keçirilən tədbirdə aşağı dəstədə çıxış edəcək 12 komanda iştirak edib. Püşkatmadan sonra onların mövsümü hansı oyunlarla başlayacağı müəyyənləşib. İki dövrədə keçiriləcək birinci divizionun ilk turuna sentyabrın 5-də start veriləcək.

Birinci divizion
I tur


"Şahdağ" (Qusar) - "Rəvan" (Bakı)
“ABN-Bərdə” (Bərdə) - "Gəncə" (Gəncə)
"Göyəzən" (Qazax) - "Anşad-Petrol" (Neftçala)
"Ədliyyə" (Bakı) - "Energetik" (Mingəçevir)
"MKT-Araz" (İmişli) - "Neftçi-İSM" (Bakı)
MOİK (Bakı) - "Bakılı" (Bakı)
0