UEFA klublara pul paylayacaq
21.08.2009 - 16:42
UEFA klublara pul paylayacaq
Çempionlar Liqasının gəlirləri ötən mövsümlə müqayisədə 33 faiz artacaq. Apasport.az saytının məlumatına görə, 2009/10 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin təşkilatçıları və iştirakçıları ümumilikdə 1,55 milyard dollar qazanacaq.

Marketinq və teleyayımdan gələn bu məbləğin 2/3 hissəsi qrup mərhələsinə çıxan 32 klub arasında paylanacaq. Bura vəsiqə qazanan hər komanda 10,1 milyon dollar qazanacaq. Hər oyundakı qələbə və heç-heçələr üçün verilən mükafatlardan başqa 8 qrup qalibinin hərəsi 1,14 milyon dollar qabağa düşəcək.

Gələn ilin mayında keçiriləcək final matçının qalibi isə təkcə bu matça görə 12,8 milyon dollar, uduzan isə 7,8 milyon dollar əldə edəcək. Yarışın keçirilməsindən 285 milyon dollar qazanan isə UEFA olacaq. Bu məbləğ qitə futbol qurumunun müxtəlif turnirlərə xərclədiyi paraların ödənməsinə xidmət edəcək. Həmçinin UEFA 53 milli assosiasiyanı da yaddan çıxarmayıb onların hesabına pul köçürəcək.
0