Azərbaycan yığması Belarusla oynaya bilməz
21.08.2009 - 17:01
Azərbaycan yığması Belarusla oynaya bilməz
Azərbaycan milli komandasının potensial rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Litvanın Palanqa şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət yığmamızın finalda qarşılaşa biləcəyi komanda bəlli olub.

Belə ki, bu gün keçirilən Belarus – Latviya qarşılaşması ilə B qrupunun oyunlarına yekun vurulub. Matçın 1:1 hesabı ilə nəticələnməsi belarusluları qrup sonunculuğu ilə barışdırıb. Latviyalılar qrupda ikinci, son turda istirahət edən Gürcüstan isə birinci pilləni tutub. Bununla da Belarusun A qrupunda sonuncu yerin sahibi olan ukraynalılarla qarşılaşacağı dəqiqləşib. Bu gün Litva ilə görüşən Oliver Pelzerin yetirmələri isə matçın nəticəsindən asılı olaraq Gürcüstanla Latviyadan biri ilə oynayacaq.

Qeyd edək ki, Gürcüstanın vəsiqə qazandığı I, Latviyanın mübarizə aparacağı III yer uğrunda finallar, həmçinin sonuncuların V yer uğrunda qarşılaşması sabah keçiriləcək.
0