Musayev “Qarabağ” rəhbərliyinə irad tutdu
21.08.2009 - 17:16
Musayev “Qarabağ” rəhbərliyinə irad tutdu
“Qarabağ” rəhbərliyi düzgün etmədi. Hələ Premyer Liqanın birinci dövrəsində onlara demişdim ki, komandanın ehtiyat oyunçular skamyasında oturanlar azdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

O, Avropa Liqasının dördüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın Hollandiyada yerli “Tvente” ilə görüşü barədə fikirlərini bölüşüb. Musayevin fikrincə, Ağdam klubunun 1:3 hesablı məğlubiyyətinə ehtiyatda futbolçuların azlığı səbəb olub: “Qarabağ” “Tvente”yə qarşı 1989-90-ci il təvəllüdlü futbolçularla mübarizə aparırdı. Buna baxmayaraq, 67-ci dəqiqəyədək hesab 1:1 idi. Komandanın ehtiyat oyunçular skamyasına baxanda isə baş məşqçi Qurban Qurbanovun halına acıyırdım. Ehtiyatda çoxlu futbolçu saxlamaq lazım idi”.
0