Futbolda daha bir rekord
21.08.2009 - 18:01
Futbolda daha bir rekord
Özbəkistan futbol çempionatında yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Bunyodkor” klubu ölkə birinciliyinin XIX turunda ardıcıl 19-cu qələbəsini qazanıb. Məşhur braziliyalı mütəxəssis Luis Felipe Skolarinin rəhbərlik etdiyi kollektiv hesabat turunda Nəmənqan “Novbahor”unu üstələyib - 3:0.

Beləliklə, çempionatda keçirdiyi bütün görüşlərdə 100 faizlik nəticə göstərən “Bunyodkor” zirvədə möhkəmləndirməklə yanaşı, yeni rekord da müəyyənləşdirib. Hazırda Daşkənd klub 57 xalla birinci pillədə qərarlaşıb. Bu oyunlarda 59 qol vuran komanda öz qapısında cəmi 6-nı görüb.

Qeyd edək ki, “Bunyodkor” 2008-ci ildə “Paxtakor”un 6 illik seriyasına son qoyaraq, çempion tituluna yiyələnib. Komandanın kapitanı braziliyalı dünya çempionu Rivaldodur.
0