Musayevin dublu “Neftçi”yə 3 xal gətirdi
21.08.2009 - 19:22
Musayevin dublu “Neftçi”yə 3 xal gətirdi
Futbol üzrə XVIII Azərbaycan Premyer Liqası komandalarının əvəzedici heyətlərinin çempionatında II turun növbəti görüşləri keçirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, "Neftçi" öz meydanında Tovuzun "Turan" komandasını qəbul edib. Emin Mehtiyevin ilk hissənin 20-ci dəqiqəsində vurduğu qolla hesabda irəli çıxan "Neftçi", ikinci hissədə Cavid Musayevin 70 və 75-ci dəqiqələrdə vurduğu qollar sayəsində rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb.

Günün digər görüşündə Salyan təmsilçisi "Muğan" Zaqatalada "Simurq"a 2:0 hesabı ilə qalib gəlib. "Muğan"ın heyətində 25 və 86-cı dəqiqələrdə fərqlənən Həsən Allahyarov dubla imza atıb.

Turun son qarşılaşması şənbə günü avqustun 22-də Yevlaxda yerli "Karvan" və Bakının "Olimpik-Şüvəlan" komandaları arasında keçiriləcək.
0