Ağasəlim Mircavadov: Futbolçuların oyun praktikası azdır
22.08.2009 - 09:30
Ağasəlim Mircavadov: Futbolçuların oyun praktikası azdır
“Xəzər-Lənkəran” klubunun Azərbaycan Premyer Liqasına qələbə ilə başlaması komandanın baş məşqçi Ağasəlim Mircavadovu sevindirib. Apasport.az saytının məlumatına görə, ikinci turun “İnter”lə qarşılaşmasından sonra mütəxəssis razılığını gizlətməyib. Komandada hələ də çatışmazlıqların qaldığını etiraf edən mütəxəssis oyun sonrası mətbuat konfransında minimal hesablı qələbənin asanlıqla başa gəlmədiyini bildirib: “İnter”lə qarşılaşma bu mövsüm keçirdiyimiz ilk oyun oldu. Var gücümüzlə mübarizə apardıq və qalib gəldik. Futbolçuların oyun praktikası azdır, amma qarşıda vaxt var və çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Komandamızın oyunundan razı qaldım".
0