Məğlubiyyətdən razı qalan məşqçi kimdir?
22.08.2009 - 09:42
Məğlubiyyətdən razı qalan məşqçi kimdir?
Azərbaycan Premyer Liqasının ikinci turunda “Xəzər-Lənkəran”a məğlub olan “İnter”in baş məşqçisi Kaxaber Sxadadze uduzsa da, yetirmələrindən narazı qalmayıb. Apasport.az saytının məlumatına görə, minimal hesabla nəticələnən görüşdən sonra gürcüstanlı mütəxəssis futbolda hər şeyin olduğunu, elə məğlubiyyətin də bununla bağlılığını bildirib: "Ümumilikdə, komandanın göstərdiyi oyundan razı qaldım. Güclü rəqibə qarşı oynadıq. İkinci hissədə təzyiqi artırsaq da, yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu, futboldur".
0