“Maurinyonun hirslənməsindən xoşum gəlir”
22.08.2009 - 10:00
“Maurinyonun hirslənməsindən xoşum gəlir”
İtaliyanın “Palermo” klubunun prezidenti Mauritsio Dzamparini yeni mövsümlə bağlı proqnoz verib. Apasport.az saytının məlumatına görə, o, qalmaqallarla ad çıxaran Joze Maurinyoya da “ilişib”. Dzamparini “İnter”in baş məşqçisinə bilərəkdən sataşdığını da etiraf edib: “Bu mövsüm çempion adını “Yuventus” qazanacaq. “İnter” ikinci, “Milan” üçüncü olacaq. Biz isə dördüncü olacağıq. Bilirəm ki, birinci yeri “Yuventus”a verməyim Maurinyonu qəzəbləndirəcək. Amma onun hirslənməyindən xoşum gəlir. Lakin bu vacib deyil. Əsası “Palermo”nun çıxışıdır”.
0