Hakimlərə “sprey” payladılar
22.08.2009 - 10:23
Hakimlərə “sprey” payladılar
Meksika Futbol Federasiyası hakimliklə bağlı yenilik haqda qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, bu günlərdə start götürəcək ölkə çempionatında qarşılaşmaların baş hakiminə “sprey” veriləcək. Cərimə zərbələri təyin edərkən hakimlər bu sprey vasitəsilə canlı səddin dayanmalı olduğu yerdə xətt çəkəcək. Bu müdafiə olunan futbolçuların topa daha yaxın məsafəyə çəkilməsinin qarşısına almağa xidmət edir. Kimyəvi cəhətdən zərərli olmayan “sprey”lə cızılan xətt bir neçə dəqiqəyə ot örtüyündən itəcək.

Qeyd edək ki, Meksika üçün yenilik olan bu addım artıq bu ilin əvvəlindən Argentinada da tətbiq olunur.
0