Yığmamızın baş məşqçisi: Etiraf edim ki, bəxtimiz gətirdi
22.08.2009 - 10:49
“Oyunun çətin olacağını bilirdim. Birinci hissədə 2 qol buraxa bilərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 17 yaşadək futbolçularından ibarət milli komandasının baş məşqçisi Oliver Pelzer deyib.
Litvada keçirilən Palanqa turnirindəki ikinci oyununda meydan sahiblərini 3:1 hesabı ilə məğlub etməklə finala vəsiqə qazanan yığmamızın çalışdırıcısı AFFA-nın rəsmi internet saytına açıqlamasında hesabın qanunauyğun olduğunu bildirib: “Etiraf edim ki, bəxtimiz gətirdi. Amma bəxt güclünün tərəfində olur. Layiqli qələbə qazandıq. Ümid edirəm ki, finalda da qalib gələcəyik”.
Qeyd edək ki, bu gün keçiriləcək I yer uğrunda final matçında yığmamız Gürcüstanla görüşəcək.

- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
- "Vulverhempton"da qalmaqal – Məşq ləğv olundu, təhlükəsizlik gücləndirildi
- FİFA-dan BMT-yə – Tramp İnfantinonu Baş katibliyə namizəd göstərir
- Vinçenzo Montellaya ağır itki – Bacısı vəfat etdi
0
0