Premyer Liqanın III turunda bütün oyunlar təxirə düşdü
24.08.2009 - 09:30
Azərbaycan Premyer Liqasının III turu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, avqustun 28-30-da keçirilməli olan turun qarşılaşmaları başqa vaxt oynanılacaq. Buna Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlaşması səbəb olub. AFFA rəhbərliyinin İcraiyyə Komitəsinin üzvləri ilə razılaşaraq verdiyi bu qərar komanda üzvlərinin fiziki və texniki hazırlığının yüksəldilməsi, növbəti təlim-məşq toplanışında millinin üzvlərinin iştirakını təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, arxada qalan iki turda keçirilməli olan 12 qarşılaşmanın 4-ü də təxirə salınmışdı.
Qeyd edək ki, arxada qalan iki turda keçirilməli olan 12 qarşılaşmanın 4-ü də təxirə salınmışdı.
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0