Azərbaycan yığması Belarusla bacarmadı
24.08.2009 - 09:33
Çimərlik futbolu üzrə Avropa Liqasının Portuqaliyanın Vilyareal de Santo Antonio şəhərində təşkil olunan Super Kubok mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, “Promo final”a qatılan Azərbaycan milli komandası turniri IV yerdə başa vurub. Emil Cabbarovun yetirmələri son oyununda Belarus yığması ilə qarşılaşıb ki, üçüncü yer uğrunda final matçı futbolçularımızın məğlubiyyəti ilə nəticələnib – 2:3 (1:1, 1:1, 0:0, 0:1). Yığmamızın qatıldığı yarışın qalibi isə finalda Yunanıstanı məğlub edən Rumıniya olub.
Qeyd edək ki, Superfinal turnirində meydan sahiblərini 4:3 hesabı ilə məğlub edən Rusiya çempion adını qazanıb.
Qeyd edək ki, Superfinal turnirində meydan sahiblərini 4:3 hesabı ilə məğlub edən Rusiya çempion adını qazanıb.
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0