“Tvente” zirvəni əldən verdi
24.08.2009 - 09:35
“Tvente” zirvəni əldən verdi
Avropa Liqasının dördüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olan “Tvente” növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi Hollandiya çempionatının dördüncü turunda öz meydanında “Valviyk”i üstələyib. Baş məşqçi Stiv Maklarenin yetirmələri qarşılaşmanın ilk yarım saatında Ruis (17-ci dəqiqə) və Nkufonun (27-ci dəqiqə) qolları ilə üstünlük qazanıb. Qonaqlar yalnız 60-cı dəqiqədə fərqi minimuma endirə bilib. Minimal hesablı qələbəyə baxmayaraq, “Tvente” liderliyi əldən verib. Tur ərəfəsində top fərqinə görə eyni xala malik olan komandaları qabaqlayan Maklarenin yetirmələri 4-cü turdan sonra “Feyenord” kimi 10 xala malik olsa da, Rotterdam təmsilçisindən geri qalır.

Qeyd edək ki, “Qarabağ” - “Tvente” oyunu avqustun 27-də keçiriləcək.
0