“Bazel” yenə xal itirdi
24.08.2009 - 09:41
İsveçrə çempionatında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının dördüncü təsnifat mərhələsində “Bakı” klubunun rəqibi olan “Bazel” növbəti xal itkisi ilə üzləşib. Belə ki, almaniyalı mütəxəssis Torsten Finkin yetirmələri “Ksamaks”la səfər qarşılaşmasında heç-heçə ilə kifayətlənib. “Bazel” bu bir xalı da çətinliklə qazanıb. Oyun ərzində iki dəfə hesabda geri olan qonaqları 65-ci dəqiqədə Streller, 89-cu dəqiqədə isə Fray xilas edib. “Bazel” görüşdəki son topu penaltidən vurub. Bu heç-heçədən sonra xal hesabını 9-a çatdıran Finkin yetirmələri İsveçrə çempionatında VI pillədə qərarlaşıb.
Qeyd edək ki, “Bazel”lə “Bakı” arasında cavab oyunu avqustun 27-də keçiriləcək.
Qeyd edək ki, “Bazel”lə “Bakı” arasında cavab oyunu avqustun 27-də keçiriləcək.
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
0
0