İlk penalti, ilk heç-heçə, ilk dubl
24.08.2009 - 10:14
İlk penalti, ilk heç-heçə, ilk dubl
XVIII Azərbaycan Premyer Liqasında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Bakı” və “Qarabağ” Avropa Liqasında çıxış etdiyindən turun nəzərdə tutulan 6 qarşılaşmasından 4-ü baş tutub. Bu görüşlərdən ikisində meydan sahibləri qalib gəlib. Mövsümdə ilk oyununu keçirən “Xəzər-Lənkəran” prinsipial rəqiblərindən biri “İnter”i bir qolla məğlub edib. İki qələbə qazanan yeganə komanda adını isə “Neftçi” əldə edib. Bakılılar bu dəfə öz meydanında “Turan”ı üstələyib. Görüşdəki hər iki qolunu penaltidən vuran flaqman bunun sayəsində zirvəyə yüksəlib. Adrian Neaqanın vurduğu top həm mövsümün ilk penaltisi, həm də flaqmanın milli çempionat tarixində 900-cü qolu kimi əlamətdar olub.

İkinci pillədə isə “Muğan” qərarlaşıb. “Neftçi” kimi iki oyuna qol buraxmayan Salyan təmsilçisi bu dəfə Zaqataladan bir xalla qayıdıb. “Simurq”la bu heç-heçə mövsümün ilk “sülh” kimi tarixə düşüb. Maraqlıdır ki, artıq növbəti oyunda liderlər üz-üzə gələcək. AFFA-nın III turu təxirə salmasından sonra komandalar bir də sentyabrın 11-13-də meydana çıxacaq ki, “Neftçi” ilə “Muğan”da bu dəfə üz-üzə gələcək. II turun son qarşılaşmasında isə qonaqlar qalib gəlib. Bir həftə əvvəl öz meydanında uduzan “Olimpik-Şüvəlan” bu dəfə özü səfərdə qalib gəlib. “Karvan”ı məğlub edən bakılılar turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb. Bu görüşdə mövsümün ilk dublu qeydə alınıb.

Sabiq komandasını iki qolla məyus edən moldovalı Anatoli Doroş bombardirlər yarışında zirvəyə yüksəlib. İlk turda olduğu kimi yenə avtoqol qeydə alınıb. Belə ki, bakılıların digər futbolçusu Usim Nduka öz qapısına qol vuraraq mövsümün ikinci uğursuzu oldu.

"Xəzər-Lənkəran" - "İnter" 1:0
QOL:
Denis Kalinkov, 86

"Neftçi" - "Turan" - 2:0
QOLLAR:
Adrian Nyaqa, 3 (penaltidən); Valter Quqlemon, 44 (penaltidən)

"Simurq" - "Muğan" - 0:0
Zaqatala. Şəhər stadionu.
Hakimlər: Elçin Məmmədov, Azad Q. Hüseynov, Aydın Ələkbərov, Elnur Muradov

"Karvan" - "Olimpik-Şüvəlan" - 2:3
QOLLAR:
Usim Nduka, 19-avtoqol; Leandro Qomeş, 90+1 - Anatoli Doroş, 14; 28; Dos Santos, 37.

Turnir cədvəli

 

Komanda

O

Q

H

M

T

X

1

"Neftçi"

2

2

0

0

3-0

6

2

"Muğan"

2

1

1

0

1-0

4

3

"Qəbələ"

1

1

0

0

2-1

3

4

"Xəzər-Lənkəran"

1

1

0

0

1-0

3

5

"Olimpik-Şüvəlan"

2

1

0

1

3-3

3

6

"İnter"

2

1

0

1

1-1

3

7

"Simurq"

2

0

1

1

0-1

1

8

"Standard"

1

0

0

1

0-1

0

9

"Karvan"

2

0

0

2

2-4

0

10

"Turan"

1

0

0

1

0-2

0

11

"Bakı"

0

0

0

0

0-0

0

12

"Qarabağ"

0

0

0

0

0-0

0



Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 2
0