“Xəzər-Lənkəran”ın hücumçusu Lüksemburq yığmasına qol vuracaq?
24.08.2009 - 10:30
“Xəzər-Lənkəran”ın hücumçusu Lüksemburq yığmasına qol vuracaq?
Dünya çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirəcək Moldova milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi İqor Dobrovolski sentyabrın 5-də Lüksemburq, 9-da Yunanıstanla oyunlarda 25 futbolçuya güvənəcək. Mütəxəssis Azərbaycan Premyer Liqasında çıxış edən 3 futbolçunu komandasına dəvət edib. Müvafiq olaraq “Bakı” və “Olimpik-Şüvəlan” klublarında oynayan müdafiəçilər Aleksey Savinov və Sergey Laşenkov, həmçinin “Xəzər-Lənkəran”ın bu yay transfer etdiyi hücumçu Denis Kalinkov millinin növbəti oyunlarında iştirak etmək şansı qazanıb.

Qeyd edək ki, indiyədək Laşenkov 33, Savinov 24, Kalinkov isə 10 (1 qol) matçda yığmanın şərəfini qoruyub.
0