Berti Foqtsun planları dəyişdi
24.08.2009 - 10:56
Berti Foqtsun planları dəyişdi
Azərbaycan yığmasının hazırlıq planında dəyişiklik edilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dünya çempionatının sentyabrın 5-də Finlandiya və 9-da Almaniya ilə keçiriləcək seçmə oyunlarına hazırlaşan yığmamızın təlim-məşq toplanışının vaxtı dəyişdirilib.

Belə ki, Berti Foqtsun yetirmələrinin Bakıda keçirilən hazırlıqları əvvəlcədən planlaşdırıldığı kimi avqustun 24-dən 27-dək deyil, sentyabrın 1-dək davam edəcək. Bu gün istisna olmaqla, millimiz hər gün saat 10:30-da və 17:45-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda məşq edəcək.
0